"Rusiya “3+3” regional məsləhətçi mexanizminin yaradılmasını dəstəkləyir. Hesab edirik ki, onun işə salınması planlarını həyata keçirməyin vaxtı çatıb".
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, 3+3 formatı bütün region ölkələrinin maraqlarına cavab verir.
MÖVZU İLƏ BAĞLI:
“3+3” formatının işə salınması inamı artıracaq - Mariya Zaxarova
Gürcüstanın mövqeyini şərh edən M.Zaxarova qeyd edib ki, rəsmi Tbilisidən bu platformada iştirakla bağlı ziddiyyətli bəyanatlar eşidilir:
“Gürcüstanın suveren dövlət kimi bu məsələdə öz mövqeyinə sadiq qalmaq hüququ var”, - deyə M.Zaxarova əlavə edib.
Qeyd edək ki, Türkiyə və Azərbaycanın təşəbbüsü ilə yaradılan “3+3” formatında Cənubi Qafqaz ölkələri və onlara qonşu olan Rusiya, İran və Türkiyənin iştirakı nəzərdə tutulur
Bizim.Media