İqor Korotçenko: "2020-ci ildə Azərbaycanın qələbəsi beynəlxalq siyasətdə əsas hadisəyə çevrildi"

Hazırda oxunan: İqor Korotçenko: "2020-ci ildə Azərbaycanın qələbəsi beynəlxalq siyasətdə əsas hadisəyə çevrildi"

45258

“Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi 2020-ci ilin əsas hərbi-siyasi hadisəsinə çevrildi və beynəlxalq hüququn təntənəsi, Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və erməni hərbçilərinin işğal olunmuş ərazilərdən çıxarılmasını nəzərdə tutan qətnamələrinin yerinə yetirilməsi ilə nəticələndi”. 

Bizim.Media xəbər verir ki, bu barədə Vzglyad.az-a hərbi ekspert, Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

Onun sözlərinə görə, 20 ildən artıqdır ki, bu qətnamələr icra olunmayıb.

“Rəsmi Bakı qətnamələri silah gücü ilə yerinə yetirdi. Azərbaycan tərəfdən bu, ədalətli müharibə, Vətən müharibəsi idi, çünki o, vuruşaraq işğal olunmuş torpaqlarını azad edib. Müharibə ən son hərbi texnikanın istifadəsi baxımından da misilsiz idi. 
 

MÖVZU İLƏ BAĞLI:

Korotçenkodan Azərbaycana qarşı çıxan Zatulinə canlı efirdə SƏRT REAKSİYA  – VİDEO


Azərbaycan hərbçiləri dağlara doğru irəlilədiyi üçün düşmənin çox mühüm üstünlüyü sirr deyildi. Lakin yeni taktika, döyüş əməliyyatlarının yeni formatı, əməliyyatların aparılmasının yeni qeyri-ənənəvi üsulları sayəsində Azərbaycan, o cümlədən xüsusi təyinatlıların fəal tətbiqi hesabına qələbə qazana bildi.

Eyni zamanda Azərbaycan ordusunun başında bu parlaq hərbi qələbə sayəsində bu gün dünyanın aparıcı liderlərindən biri olan Ali Baş Komandan - Azərbaycan Prezidenti İlham Əliyev dayanırdı”.

İqor Korotçenko hesab edir ki, Azərbaycan informasiya sahəsində də qələbə qazanıb:
 

“Əvvəla, ona görə ki, Prezident İlham Əliyev aparıcı KİV-lərə onlarla müsahibə verib. Dəmir məntiqlə müharibənin ədalətli mahiyyətini vurğulayaraq arqumentlər təqdim edib. Azərbaycan bu müharibədə bütün zəruri humanitar konvensiyalara riayət edib, yalnız hərbi hədəfləri vurub. Bu hərbi qələbə 2020-ci ildə çoxlarının gözləmədiyi beynəlxalq siyasət və diplomatiya sahəsində əsas hadisə oldu”.


Hərbi ekspert müsahibəsinin sonunda Azərbaycan xalqını qələbə münasibətilə təbrik edib:

“Çünki bu qələbə ədalətli və azadlıq müharibəsində qazanılıb!”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin