Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu silahla davranış qaydalarının pozulması nəticəsində dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə bazar günü Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Noyabrın 7-də saat 04:20-də Müdafiə Nazirliyinin ölkənin şimal-şərq istiqamətində yerləşən hərbi hissəsinin döyüş mövqeyində hərbi qulluqçu, kiçik çavuş Qriqor Saakoviç Vardanyan (2001-ci il təvəllüdlü) silahla davranış qaydalarını pozması nəticəsində ölümcül yaralanıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, hadisənin bütün hallarının aydınlaşdırılması üçün araşdırma aparılır.
Bizim.Media