Paşinyan: “Nəqliyyat dəhlizinin mövzusu 9 noyabr 2020-ci ildə bağlandı”  - İRƏVAN KİMƏ ARXALANIR?

Hazırda oxunan: Paşinyan: “Nəqliyyat dəhlizinin mövzusu 9 noyabr 2020-ci ildə bağlandı”  - İRƏVAN KİMƏ ARXALANIR?

45046

Nəqliyyat dəhlizinin mövzusu 9 noyabr 2020-ci ildə bağlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.

Hökumət başçısının sözlərinə görə, o, Rusiyanın bu məsələdə öz mövqeyini açıq şəkildə ortaya qoymasını yüksək qiymətləndirir.

Regionda kommunikasiyaların blokadadan çıxarılması məsələləri ilə məşğul olan üçtərəfli qrupa gəlincə,  Paşinyan böyük işlər görüldüyünü deyib.

"Ən çətin şey kommunikasiyaların hansı düsturla işləməli olduğunu müəyyən etməkdir" deyə baş nazir izah edib.

 


Regional “3+3” formatının yaradılması təşəbbüsünü şərh edən Ermənistan hökumətinin başçısı bildirib ki, yeni platformanın gündəliyinə başqa formatlar çərçivəsində müzakirə edilən və ya razılaşdırılan məsələlər daxil edilməməlidir. 



Xatırladaq ki, 2021-ci il yanvarın 11-də Ermənistan, Rusiya və Azərbaycan liderləri - Nikol Paşinyan, Vladimir Putin və İlham Əliyev arasında aparılan danışıqlardan sonra Baş nazir müavinlərinin rəhbərliyi ilə işçi qrupunun yaradıldığı açıqlanıb.

Üçtərəfli işçi qrupun fəaliyyəti 2021-ci ilin mayında Ermənistan Respublikası tərəfindən dayandırılıb. Ölkədə keçirilən növbədənkənar parlament seçkilərindən sonra baş nazirin müavini Mqer Qriqoryan bildirib ki, işçi qrup daxilində müzakirələr davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin