Təbriz şəhəri Azərbaycanın Zəfər Gününə sevindi – Tədbirdən FOTOLAR

Hazırda oxunan: Təbriz şəhəri Azərbaycanın Zəfər Gününə sevindi – Tədbirdən FOTOLAR

45034

Azərbaycanın Təbrizdəki baş konsulluğunda 8 Noyabr – Zəfər Günü ilə əlaqədar tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan və İranın Dövlət himnləri səsləndirilib.

 


Ölkəmizin Təbrizdəki baş konsulu Əliyənnağı Hüseynov çıxış edərək Vətən müharibəsində Azərbaycanın əldə etdiyi zəfərdən danışıb. Müharibə dövründə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi-diplomatik mübarizəsinə, qəhrəman Azərbaycan Ordusunun cəbhədə göstərdiyi misilsiz şücaətə və Azərbaycan xalqının öz lideri ətrafında sıx birləşməsinə diqqət çəkib.



Qeyd olunub ki, 8 noyabr tarixi ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan əsgərlərinin misilsiz qəhrəmanlıq göstərərək Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərini demək olar əlbəyaxa döyüşlə azad etdiyi gündür. Artıq işğaldan azad edilən ərazilərdə tikinti-quruculuq işləri həyata keçirilir. “Füzuli” Beynəlxalq Hava Limanı artıq 10 aylıq qısa bir müddət ərzində tikilib istifadəyə verilib. Zəngilan və Laçın hava limanlarının inşası ilə bağlı işlər isə davam edirilməkdədir.

 


Sonra Türkiyənin Təbrizdəki baş konsulu Tufan Höbek və Təbriz şəhərinin Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatası sədrinin birinci müavini Əbülfət İbrahimi çıxış edərək Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik ediblər.



Çıxışlardan sonra Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Rəsmi hissənin sonunda iştirakçılar üçün ziyafət təşkil olunub.

Tədbir çərçivəsində iştirakçılara 44 günlük Vətən müharibəsinə aparan şanlı Zəfər yolundan bəhs edən broşürlər və “Xarıbülbül” döş nişanları paylanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin