Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə yük daşımalarının həcmi 1 milyon 360 min tonu ötüb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu “Anadolu” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ankara BTQ ilə yükdaşımaların həcmini ortamüddətli perspektivdə ildə 3,2 milyon, uzunmüddətli perspektivdə isə 6,5 milyon tona çatdırmağı planlaşdırır.
A.Karaismailoğlu qeyd edib ki, BTQ sayəsində Türkiyə, Gürcüstan və Azərbaycanın beynəlxalq yükdaşımalarda və ticarətdə əhəmiyyəti artıb.
Qeyd edək ki, BTQ dəmir yolu 2017-ci il oktyabrın 30-da istifadəyə verilib. Dəmir yolunun uzunluğu 829 km-dir ki, bunun 504 km-i Azərbaycan, 246 km-i Gürcüstan, 79 km-i isə Türkiyə ərazisindən keçir.
Bizim.Media