Rusiya və Belarus müttəfiq dövlətlər haqqında dekret imzalayıb.
Bizim.Meda xəbər verir ki, imzalanma mərasimi Müttəfiq Dövlətlərin Ali Dövlət Şurasının onlayn formatda keçən iclasında baş tutub.
MÖVZU İLƏ BAĞLI:
Putin və Lukaşenko bu gün "yeni SSRİ"ni elan edəcək: “Digər MDB dövlətləri də qoşula bilər…”
Sənəd sentyabrda razılaşdırılmış 28 proqramı və müttəfiq dövlətlər haqqında sazişin 2021-2023-cü illər üçün nəzərdə tutulmuş müddəalarını təsdiq edir.
Bundan əlavə, prezidentlər hərbi doktrina və miqrasiya siyasəti ilə bağlı konsepsiya qəbul ediblər.
Rusiya və Belarus müttəfiq dövlətlər haqqında sazişi 1999-cu ildə imzalayıblar.
Bizim.Meda