“Azərbaycan Respublikası ilə müştərək komitənin təşkili üçün razılığa gəldik”.
Bizim.Media xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.
MÖVZU İLƏ BAĞLI:
İranın xarici işlər naziri koronavirusa yoluxdu
XİN rəhbəri vurğulayıb ki, müştərək komitə iki ölkədə ictimai rəyi və KİV-lərdəki atmasferı idarə etmək üçün fəaliyyət göstərəcək.
“Mən və həmkarım cənab Ceyhun Bayramov iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafı və bəzi anlaşılmazlıqları geridə qoymaq üçün davamlı olaraq bir-birimizlə əlaqədəyik və müsbət müzakirələr aparırıq”, - İran XİN başçısı bildirib.
Xarici işlər naziri İranın qonşu ölkələri özünə qohum olaraq gördüyünü və qohumluq münasibətlərində əsas prinsipləri yüksək qiymətləndirdiyini deyib.
Bizim.Media