Araik Arutunyan İrəvanda Nikol Paşinyanla görüşüb. Ermənistan baş nazirinin qondarma rejim “rəhbəri” ilə görüşündə bəzi detallar diqqət çəkib.
Bizim.Media xəbər verir ki, Nikol Paşinyan Ermənistanın belə tanımadığı “Artsax” lideri ilə görüşə rəsmi don geyindirmək üçün onu şəxsən qarşılayıb.
İkinci diqqət çəkən məqam görüş zamanı otaqda yalnız Ermənistan bayrağının olmasıdır. Bu isə İrəvanın Azərbaycanın təqdim etdiyi yeni reallıqlarla barışdığına dəlalət edir. Belə ki, əvvəllər bu tip görüşlərdə separatçıların da əski parçası – bayrağı asılırdı.
MÖVZU İLƏ BAĞLI:
Ermənilər Araik Arutunyana "Qarabağdan rədd ol" dedilər - VİDEO
Üçüncü element Nikol hökumətinin Qarabağdakı separatçılara 2022-ci il üçün yardım ayırmasıdır. Belə ki, görüşdə Araik bu dəstək üçün Ermənistan baş nazirinə minnətdarlıq edib. Burada əsas söhbət Xankəndində inşa olunacaq yeni yaşayış binalarından gedir.
Ekspertlər isə düşünür ki, Ermənistan büdcəsinin özü Qərbdən gələn vəsaitdən asılı vəziyyətdədir. Xankəndi erməniləri isə sülhməramlıların əlinə baxır.
Paşinyanla Araikin görüşdə bu cür nüansları qabartması Ermənistandakı daxili auditoriyanı sakitləşdirməyə və Azərbaycan cəmiyyətində qıcıq yaratmağa hesablanıb. Görüşdə səsləndirilən fikirlər reallığı əks etdirsəydi, İrəvanda “Artsax bayrağı” da asılmalıydı.
Bizim.Media