Müharibə zamanı erməniləri aldadan Hovhannisyana yeni vəzifə verildi

Hazırda oxunan: Müharibə zamanı erməniləri aldadan Hovhannisyana yeni vəzifə verildi

44530

Ermənistan Müdafiə Nazirliyinin keçmiş nümayəndəsi Artsrun Hovhannisyan parlament komissiyasında ekspert kimi çalışacaq.

Bizim.Media xəbər verir ki, bu barədə erməni saytları məlumat yayıb.

“Artsrun Hovhannisyan parlamentin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasında ekspert kimi işləyəcək”, – deyə  məlumatda qeyd edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ötən ilin bu günündə Artsrun və Şuşan erməni xalqına hansı yalanları deyib?


Bundan əvvəl yerli KİV-lər A.Ovannisyanın bu vəzifəyə mümkün təyinatı barədə məlumat yaymışdılar. Bildirilib ki, o, 44 günlük müharibədəki məğlubiyyətin araşdırılması üzrə komissiyanın işində də iştirak edə bilər.

Qeyd edək ki, Artsrun Hovhannisyan 44 günlük müharibə zamanı Ermənistan ordusunun məğlubiyyəti ilə bağlı xəbərləri gizlədir, rəsmi açıqlamar zamanı yalan məlumatlar verirdi. 

A. Hovhannisyan vəzifəsindən azad ediləndən sonra  bildirmişdi ki, real vəziyyət Baş nazir Nikol Paşinyan və Müdafiə Nazirliyinin göstərişi ilə xalqdan gizlədilirdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin