Paşinyana qarşı çeviriliş cəhdi – Üsyançı general məğlub oldu

Hazırda oxunan: Paşinyana qarşı çeviriliş cəhdi – Üsyançı general məğlub oldu

44399

Ermənistan Konstitusiya Məhkəməsi Baş nazir Nikol Paşinyanın keçmiş Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad etməsini qanuni sayıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı Konstitusiya Məhkəməsi yekun qərar verib. 

Xatırladaq ki, 2021-ci il fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan və daha bir neçə general Baş nazir Nikol Paşinyanın istefasını tələb edib.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni revanşizmin son çırpıntıları – İrəvandakı etirazların PƏRDƏARXASI


N. Paşinyan bunu hərbi çevriliş cəhdi adlandıraraq O. Qasparyanı vəzifəsindən azad edib. Lakin Ermənistan prezidenti Armen Sarkisyan bu barədə təqdimatı etirazla birlikdə Baş nazirə qaytarıb.

N.Paşinyan Baş Qərargah rəisinin vəzifədən azad olunması üçün ikinci dəfə prezidentə təqdimatla müraciət edib. A.Sarkisyan bu dəfə də qərarı geri göndərib.

Prezident hökumət başçısının O.Qasparyanın işdən çıxarılması üçün üçüncü təqdimatını da imzalamayaraq Konstitusiya Məhkəməsinə müraciət etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin