Sosial şəbəkələrdə Fransa prezidenti Emanuel Makronun Ermənistan prezidenti Armen Sarkisyanla diplomatik etiket qaydalarından kənar və aşağılayıcı rəftarı ilə bağlı fotoşəkillər yayımlanıb.
Bizim.Media-nın məlumatına görə, sözügedən fotoşəkillər 1 noyabr 2021-ci il tarixində Qlazqo şəhərində baş tutanan BMT-nin İqlim Dəyişikliyi ilə bağlı COP26 konfransının açılış mərasimində çəkilib.
Sarkisyanın çarəsizliyi Fotoşəkillərdə Ermənistan prezidenti Armen Sarkisyanın Emmanuel Makron qarşısında çarəsiz vəziyyətdə olduğu və yalvarış dolu bədən dilindən istifadə etdiyi müşahidə olunur.
Erməni eksperlərinin fikrincə, Ermənistan prezidentinin bariz görünən çarəsizliyi Ermənistanın bir dövlət olaraq bu günki çıxılmaz vəziyyətinin göstəricisidir.
Ermənistan artıq heç kimlə tələb dili ilə danışa biləcək gücə və diplomatik qabiliyyətlərə malik deyil. Armen Sarkisyanın Makronla görüşü də bunun ən bariz nümanəsidir.
Görünən odur ki, Ermənistan prezidenti ölkəsinin maraqlarını təmin etmək üçün həmkarına yalvarmaq dərəcəsində təzim etməyə hazırdır.
O, başqa cür ölkəsinin maraqlarını təmin edə bilməcəyinin fərqindədir. Makron üçün “ayaqüstü” həmsöhbət Armen Sarkiyanın zəif və çarəsiz bədən dili ilə müqayisədə Emmanuel Makronun məğrur və özündən razı duruşu da diqqətdən yayınmayıb və ciddi ajiotaj yaradıb. Bəzi oxucular bir müddət əvvəl Fransa prezidentinin Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla G20 çərçivəsində baş tutan görüşünə diqqət çəkiblər.
Fransa prezidentinin Türkiyəli həmkarı ilə bərbərhüquqlu və diplomatik etiket qaydalarına uyğun görüşməsi, ancaq Ermənistanlı həmkarına qarşı özündən razı davranışı mübahisəli məqamlardan xəbər verir.
Uzun müddətdir ki, Ermənistan təhlilçiləri qeyd edir ki, ölkənin siyasi arenasında ciddi fəaliyyətlə yadda qalmayan Armen Sarkisyanın Fransalı həmkarı tərəfindən bu cür qarşılanması onun şəxsi nüfuzuna da ciddi xələl gətirib.
Özünü Ermənistanın yaxın müttəfiqi hesab edən Fransanın bu cür yuxarıdan aşağı davranışı müzakirə mövzusunun və opponentinin də kimliyini müəyyən edir.
Baş verənlər bir daha Fransa prezidentinin nə Armen Sarkisyanı və nə də onun timsalında Ermənistanın maraqlarını ciddiyə almadığını və “ayaqüstü” həmsöhbət hesab etdiyini göstərir.
Bizim.Media