Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Cozef Baydenin rəsmi Ankaranın yeni F-16 qırıcıları alması məsələsinə müsbət yanaşdığını görüb.
Bizim.Media xəbər verir ki, Türkiyə lideri bunu bazar günü İtaliyanın paytaxtı Romada keçirilən G20 sammitinin sonunda deyib.
MÖVZU İLƏ BAĞLI:
Ağ Ev ABŞ Prezidenti Co Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşlə bağlı açıqlama yayıb.
"Biz Baydenlə təyyarələrlə bağlı yaranan vəziyyəti, mövcud məsələləri ən yaxşı şəkildə necə həll edəcəyimizi müzakirə etdik. Bayden F-16 qırıcı təyyarələrini almağımız məsələsinə müsbət reaksiya verdi", - Ərdoğan deyib.
ABŞ-ın terror təşkilatlarına silah dəstəyi barədə bəhs edən Türkiyə rəhbəri bu problemə son qoyulacağına inamını ifadə edib: “Bundan sonrakı prosesin belə davam etməyəcəyinə inanıram".
Ərdoğan Əfqanıstandan yeni miqrasiya dalğasına da toxunub.
“Biz tədbirlərimizi görürük və bu nöqtədə qapılarımızı kütləvi miqrasiyaya açmaq niyyətində deyilik”, - deyə Türkiyə Prezidenti bildirib.
Bizim.Media