Meşələrdə gizlənən erməni terrorçuları...

Hazırda oxunan: Meşələrdə gizlənən erməni terrorçuları...

4372

“Təxribatların mütləq şəkildə qarşısı alınacaq” – Hərbi ekspert.

10 noyabr üçtərəfli sülh sazişinə əsasən boşaldılan Azərbaycan ərazilərinə rusiya sülhməramlılarının yerləşdirilməsi birmənalı olaraq bölgədə olan erməni silahlı qüvvələrinin çıxarılması anlamına gəlirdi. Bununla da, Ermənistanın 30 ilə işğalda saxladıqları ərazilərdən həm hərbi texnikası, həm də silahlı qüvvələri çıxarılmalı idi.

Yayılan söhbətlərdə isə hələ meşələrdə erməni yaraqlılarının gizləndiyi bildirilir. Bəzi erməni saytlarının yaydığı məlumata görə, müəyyən qruplar var ki, onlar ordumuza qarşı partizan müharibəsi aparmaq fikrindədirlər. Həmin terror dəstələri Ermənistandakı qüvvələr tərəfindən dəstəklənir. Türkiyə mətbuatının da yazdığına görə, bəzi silahlı dəstələr bölgəni tərk etməkdən imtina edərək, meşələrə sığınıblar. Onların arasında muzdlu PKK terrorçuları və livanlı ənilər də var.

Bəs, hazırda proses hansı mərhələdədir? Boşaldılan ərazilərdə erməni yaraqlıları qalıbmı?
Hərbi ekspert Ruslan İmamquliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, bölgədəki sülhməramlılar orada ola biləcək təxribatların və nəzarətdən çıxmış silahlı münaqişələrin qarşısını almaq missiyası daşıyır. 

“Sazişə əsasən Ermənistan tərəfi birmənalı olaraq, təslim aktına razılaşaraq, imza atıb. Bununla da o, sazişin bütün müddəalarını yerinə yetirmək öhdəliyini öz üzərinə götürüb. Növbəti mərhələdə isə artıq sülhməramlı qüvvələrin bölgədə fəaliyyəti başladı.  Bundan sonra, Azərbaycan silahlı qüvvələrinin və icra orqanlarının post müharibə dövründəki bərpa etmə işləri yerinə yetiriləcək''.

''Bu gün bölgədəki Rusiya və Türkiyə tərəflərinin birgə fəaliyyəti o əraizlərdə ola biləcək təxribatlar və nəzarətdən çıxmış silahlı münaqişələrin qarşısını almaq missiyası daşıyır. Bu da onların bölgədə baş verən hər hansı bir təxribata görə cavabdehlik daşıması anlamına gəlir”,- deyə o, bildirib.

Ekspert son zamanlar guya bəzi bölgələrdə qalan gizli erməni quldur dəstələrinin  ixtişaşlar törətməsi haqqında yayılan xəbərlərə də aydınlıq gətirib:

“Risklər var, bunu danmaq olmaz. Bu strateji səviyyədə qiymətləndirilməkdədir və aidiyyətli istiqamətlərdə mütləq lazımlı tədbirlər görüləcək. Biz bu müharibəni şəhidlərimizin qanı bahasına və birgə həmrəyliyimiz sayəsində əldə etmişik. Bunda sonra artıq sərhədlərimizi qorumaq və torpaqlarımızın işğaldan azad edilməsindən sonrakı dönəmdə ərazilərimizi abadlaşdırmaq və yaşana bilinəcək hala gətirmək istiqamətdə düşünməliyik”, - deyə R. İmamquliyev fikrini tamamlayıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin