İrəvan nədən qorxuya düşüb? - Sülhməramlıların missiyasını uzatmaq istəyirlər

Hazırda oxunan: İrəvan nədən qorxuya düşüb? - Sülhməramlıların missiyasını uzatmaq istəyirlər

43632

“Ermənistan Rusiya sülhməramlı kontingentinin Qarabağdakı missiyasının uzadılmasını dəstəkləyir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan səsləndirib.

Onun sözlərinə görə, bölgədə (ermənilərin müvəqqəti yaşadığı Qarabağ nəzərdə tutulur) yaradılan infrastrukturlar Rusiya hərbçilərinin orada üçtərəfli bəyanatda nəzərdə tutulan beş ildən çox qalacağına əsas verir.
 

MÖVZU İLƏ BAĞLI:

İrəvan sərhədləri 1975-ci il SSRİ xəritəsi ilə niyə müəyyənləşdirmək istəmir? – CAVAB + VİDEO


O, jurnalistin "Ermənistan təkbaşına Qarabağın təhlükəsizliyini təmin edə bilərmi?" sualına belə cavab verib: “Bu məsələnin həlli üçün birgə müzakirələr aparılır”.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatına əsasən Rusiya sülhməramlı kontingenti beş il müddətinə Qarabağda yerləşdirilib. Bu müddət tərəflərin razılığı ilə uzadıla bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin