Urmiya gölü ilə bağlı şok XƏBƏRDARLIQ: Xəritədən silinə bilər

Hazırda oxunan: Urmiya gölü ilə bağlı şok XƏBƏRDARLIQ: Xəritədən silinə bilər

43612

İranda yerləşən Urmiya gölü payızın sonuna kimi xəritədən silinə bilər. 

Bizim.Media xəbər verir ki, belə bir açıqlamanı Qərbi Azərbaycan əyalətinin Regional Su Şirkətinin başçısı Yasir Rəhbərdin verib.

Onun sözlərinə görə, gölün bərpası ilə bağlı lazımi addımlar atılmasa, Urmiya gölü tamamilə yox olacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilərin tapdığı arxefaktlar kimə aiddir? - Tarix İnstitutundan CAVAB – FOTOFAKT


Yasir Rəhbərdin Urmu gölündə su həcminin ötən ilin oxşar dövrünə nisbətdə iki dəfə azaldığını deyib. Bildirib ki, problemin həlli üçün ayrılan büdcənin hara xərclənməsi ilə bağlı dəqiq məlumat yoxdur. 

O bildirib ki, Urmiya gölünün Bərpa Mərkəzi bu məqsədlə 15 milyard rial büdcə alıb və bu pulların hara xərcləndiyi bilinmir.

Urmiyanın İran parlamentindəki nümayəndəsi Salman Zakir gölün bərpası üçün ciddi tədbirlər görülmədiyini və bəzi hallarda göldə nisbi canlanmanın təbii yağıntılar nəticəsində baş verdiyini deyib.
 

Ekoloji böhranlar üzrə təhlilçi və İranın Ekoloji Risklər və Davamlı İnkişaf Birliyinin üzvü Məhəmmədrza Məhbubfər mətbuata verdiyi açıqlamada gölün bərpası ilə bağlı verilən vədlərin doğru olmadığını qeyd edib.


“İran Energi Nazirliyinin Urmiya gölünün bərpası ilə bağlı verdiyi vədlər doğru deyil. Hazırda gölün durumu olduqca acınacaqlıdır və bunun aradan qaldırılması ilə bağlı Enetji Nazirliyinin hər hansı səmərəli addımını görməmişik”- deyə Məhbubfər “İqtisad online” saytına müsahibəsində bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin