Rusiyanın NTV telekanalının əməkdaşlarının Türkiyədə saxlanılmasının səbəbi məlum olub.
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, müxbir Aleksey Petruşko, operator İvan Malişkin Türkiyənin İstanbul şəhərində PUA istehsal sahələrinin icazəsiz çəkilişini aparıblar.
Onlarla birlikdə bir Türkiyə vətəndaşı da saxlanılıb.
İstanbul icra hakimiyyəti hadisə ilə bağlı açıqlama verib:
"Pilotsuz Uçuş Apparatlarının araşdırma və istehsal mərkəzinin yerləşdiyi, foto və video çəkilişlərin qadağan olduğu ərazidə Rusiya vətəndaşları İ.Malişkin və A.Petruşko və Türkiyə vətəndaşı A.Ç.K. 03.12.2020 tarixində saat 10.30-da polis tərəfindən saxlanılıb. Saxlanılan şəxslərə qarşı başladılan istintaq davam edir. Baş prokurorun göstərişi ilə saxlanılma qərarının müddəti 3 gün artırılıb".
Xatırladaq ki, ötən gün NTV kanalı iki əməkdaşının İstanbul yaxınlığında saxlanıldı haqqında məlumat yaymışdı.
Bizim.Media
- A-
- A
- A+
Region
10:05 / 05.12.2020
Rusiya jurnalistlərinin Türkiyədə saxlanma səbəbləri - DETALLAR
Hazırda oxunan: Rusiya jurnalistlərinin Türkiyədə saxlanma səbəbləri - DETALLAR
Hazırda oxunan: Rusiya jurnalistlərinin Türkiyədə saxlanma səbəbləri - DETALLAR
4351
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.