Hüquq-mühafizə orqanları, eləcə də məhkəmə sisteminin nümayəndələri Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın cinayət işi çərçivəsində saxlanılan bütün şəxslərin həbsdə saxlanılması barədə qərar qəbul ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.
Qeyd edək ki, iki gün əvvəl 2009-2019-cu illərdə aviasiya idarəsinin rəisi vəzifəsində çalışmış general-mayor Avetik Muradyanın vəkili həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya şikayəti versə də, Apellyasiya Məhkəməsi müdafiə tərəfinin vəsatətini təmin etməyib.
Yeri gəlmişkən, Muradyan özünü təqsirli bilmir.
Apellyasiya Məhkəməsi David Tonoyanın vəkillərinin vəsatətini də rədd edib. Nəticədə cinayət işində iştirak edən hər 4 əsas şəxs hələlik həbsdə qalacaq və onların barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlər rədd ediləcək.
Bizim.Media
- A-
- A
- A+
Region
10:53 / 27.10.2021
David Tonoyanın cinayət işindəki bütün şəxslər həbsdə qalacaq - "Joxovurd"
Hazırda oxunan: David Tonoyanın cinayət işindəki bütün şəxslər həbsdə qalacaq - "Joxovurd"
Hazırda oxunan: David Tonoyanın cinayət işindəki bütün şəxslər həbsdə qalacaq - "Joxovurd"
0:00
0:00
43445
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.