“Bəlkə Sisyanı da türklərə veribsən?” – Sabiq mer müdafiə naziri Arutyunyana sual verdi

Hazırda oxunan: “Bəlkə Sisyanı da türklərə veribsən?” – Sabiq mer müdafiə naziri Arutyunyana sual verdi

43326

“2020-ci il dekabrın 17-də müdafiə naziri Vaqarşak Arutyunyan Zəngəzur  şəhərlərinin merlərini bir araya toplayaraq bəyan etdi ki, erməni tərəfi Sanasar və Kövsakandakı mövqelərini tərk etməlidir. Bundan sonra Ermənistan Silahlı Qüvvələri öz mövqelərini tərk etdi və həmin ərazilər Azərbaycanın nəzarəti altına keçdi”.

Bizim.Media xəbər verir ki, bunu Sisyanın keçmiş meri Artur Sarkisyan həmin dövrü xatırlayaraq deyib.

“Dekabrın 17-də müdafiə naziri Vaqarşak Arutyunyan Qorusa gəldi. Hamımızı, icma liderlərini dəvət etdi və dedi:

"Sabah saat 5-ə qədər hamınız bütün postlardan çıxmalısınız”. Narahat olduq, çünki ondan əvvəl yüksək vəzifəlilər deyirdilər ki, harada dayanmışıq, orada da qalacağıq.
 

10 noyabr razılaşmasında belə qeyd olmayıb ki, biz öz mövqelərimizdən əl çəkək. Nazirdən səbəbini soruşduq. “Bilmirəm, sabah saat 5-dək hamınız geri qayıtmalısınız” cavabını verdi. 


Mən də ona belə bir sual verdim:

“Cənab nazir, bəlkə bir aydan sonra gəlib bizə deyəcəksiniz ki, Sisyanı da türklərə verdim, çıxın. Onda çıxıb getməliyik?”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin