Ermənistan parlamenti çərşənbə axşamı Azərbaycanla sərhəddəki vəziyyət və demarkasiya məsələləri ilə bağlı qapalı dinləmələr keçirəcək. Dinləmələrdə Baş Qərargah rəisinin müavini Kamo Koçunts və Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Arman Maralçyan iştirak edəcək.
Bizim.Media “Sputnik Armenia” nəşrinə istinaədn xəbər verir ki, parlamentin iclasında çıxış edən vitse-spiker Ruben Rubinyan bildirib ki, deputatların ən azı 1/5-i ictimai rezonans doğuran mövzu ətrafında müzakirələrin aparılmasını təklif edib.
“Hayastan” fraksiyasının katibi Artsvik Minasyan xarici işlər naziri Ararat Mirzoyanın iclasda iştirak edib-etməyəcəyi ilə maraqlanıb, çünki onun fəaliyyəti ilə bağlı suallar var.
Rubinyan cavabında müxalifətin təklifini hökumətə ötürdüyünü izah edib və Nazirlər Kabineti sözügedən məmurları dinləmələrə göndərmək qərarına gəlib.
Xatırladaq ki, hələ avqustun 17-də “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan qapalı toplantı təşkil etməyi və sərhəddəki vəziyyəti müzakirə etməyi təklif etmişdi. Hakim partiya yalnız indi bu təşəbbüsə cavab verib.
Bizim.Media