\"Türk dəhlizi\" açılsa, Zəngəzuru türklərə təhvil verəcəyik, “Artsax” məsələsini bağlayacağıq” – Erməni türkoloq

Hazırda oxunan: \"Türk dəhlizi\" açılsa, Zəngəzuru türklərə təhvil verəcəyik, “Artsax” məsələsini bağlayacağıq” – Erməni türkoloq

0:00
0:00
43177

“Mövcud mənzərəni sadə sözlə dilə gətirsək, qarşıdakı onilliklərdə Avrasiyada qüvvələr balansını və bir-birini istisna edən iki əks geosiyasi layihə var. Bunun biri Şimal-Cənub dəhlizi, digəri isə “Zəngəzur dəhlizi” (Türk dəhlizi) kimi tanınan Şərq-Qərb dəhlizidir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri türkoloq, tarix elmləri namizədi Varujan Qeqamyan səsləndirib.

Onun sözlərinə görə, hər iki layihənin həyata keçirilməsinin arxasında həm regional, həm də qlobal supergüclər dayanır:

“Hər iki layihə Ermənistan ərazisində həyata keçirilir. Respublikamızın bütün ərazisindən keçən "Şimal-Cənub" yolu bizi müttəfiqlərimizlə birlikdə yenidən geosiyasi çəkisi olan bir ölkəyə çevirəcəksə, "Türk dəhlizi" reallaşandan sonra Zəngəzuru türklərə təhvil verəcəyik, “Artsax” mövzusunu bağlayacağıq, İranla sərhədi itirəcəyik və nəticədə bir dayanacağa çevriləcəyik. Yəni tamamilə Türk bölgəsinə çevrilməklə müstəqil ölkə olmaq şansımızı itirəcəyik. Bu, sadə bir mənzərədir. Əgər iradəmizdən asılı olmayaraq müttəfiq dövlətlər olmasaydı, o zaman Türkiyə tərəfi çoxdan bir nəticə əldə edərdi, çünki şəxsən kapitulyator (Paşinyan nəzərdə tutulur) və onun cahil qrupu türkləri regional super gücə çevirməyin əleyhinə deyillər. Dəhlizin açılmasına müqavimət göstərmək lazımdır. Üstəlik, ümummilli səylərlə”, deyə Varujan Qeqamyan vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin