Azərbaycanda bir neçə iranyönümlü sayt, Youtube kanalı və son olaraq televiziya kanalın bloklanmasının ardınca, Xameneinin Azərbaycan dilində paylaşım olunan Tvitter hesabı fəaliyyətə başlayıb.
Bizim.Media "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, bu Tvitter hesabı vasitəsi ilə İran Azərbaycanın daxili işlərinə qarışmaq fikrindədir.
MÖVZU İLƏ BAĞLI:
İranın dini liderindən sərt AÇIQLAMA: “Tezliklə şapalaq yeyəcəklər” – KİMƏ ÜNVANLANIB?
Tvitter hesabını ilk izləyənlərdən biri isə İranın Azərbaycandakı səfiri Abbas Musəvi olub.
Qeyd edək ki, Xameneinin daha öncə 11 fərqli dildə Tvitter hesabı olub, ancaq, onun Azərbaycan dilində Tvitter hesabı olmayıb. Azərbaycanda iranmeyilli saytların bağlanması ilə eyni vaxta təsadüf edən bu hadisə Azərbaycanda ictimai şəbəkə istifadəçiləri tərəfindən etirazla qarşılanıb.
Bizim.Media