Ərdəbildən Parsabada oradan da Azərbaycana dəmir yolu xətti çəkiləcək.
Bizim.Media xəbər verir ki, bu sözləri İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi deyib.
Prezident İbrahim Rəisi ilə birlikdə Ərdəbil vilayətinə səfər edən nazir onu da nəzərə çatdırıb ki, bu yolun inşası üçün artıq 100 milyard tümən vəsait ayrılıb.
Rüstəm Qasemi dəmir yolu ilə paralel olaraq magistral avtomobil yolunun çəkiləcəyini nəzərə çatdırıb.
Qeyd etmək lazımdır ki, İranın Parsabad şəhəri Araz çayının sahilində Azərbaycanın Horadiz qəsəbəsi ilə həmsərhəd regionda yerləşir.
Bizim.Media
- A-
- A
- A+
Region
17:21 / 24.10.2021
Ərdəbildən Azərbaycana dəmir yolu xətti çəkiləcək – İranlı nazir
Hazırda oxunan: Ərdəbildən Azərbaycana dəmir yolu xətti çəkiləcək – İranlı nazir
Hazırda oxunan: Ərdəbildən Azərbaycana dəmir yolu xətti çəkiləcək – İranlı nazir
43018
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.