Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa Çerkizovsk bazarının keçmiş sahibi, azərbaycanlı iş adamı Telman İsmayılovun Monteneqrodan ekstradisiyası ilə bağlı əlavə tədbirlər görməyi tapşırıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Komitənin saytı yayıb.
MÖVZU İLƏ BAĞLI:
Telman İsmayılovun cinayət işi qapadıldı
Mənbə yazır ki, bundan əvvəl Rusiya Federasiyası Baş Prokurorluğunun mətbuat xidməti məlumat vermişdi ki, idarə İsmayılovun Rusiyaya ekstradisiyası üçün yeni sorğu hazırlamağa başlayıb.
Bizim.Media