İndiki hakimiyyət sabiq prezident Mixeil Saakaşvilini xəstəxanada ləğv etmək niyyətindədir və yaxın gələcəkdə onu Rustavi həbsxanasından köçürəcəklər.
Bizim.Media xəbər verir ki, bu iddia ilə Saakaşvilinin vəkili, müxalif “Mtavari Arxi” telekanalının baş direktoru Nika Qvaramiya çıxış edib.
"Bizdə olan məlumata görə, Saakaşvilinin xəstəxanaya köçürülməsindən sonra hakimiyyət orada məhbusların iğtişaşını imitasiya edəcək və nəticədə siyasətçi öldürüləcək”, deyə o, bazar günü qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Saakaşvili həbsxanadan məktub yazdı: “Səsinizi eşidirəm” - VİDEO
Qvaramiya bildirib ki, “bunun üçün xəstəxanaya artıq xüsusi məhbus yerləşdirilib, bununla o, məşğul olacaq”.
Vəkil Gürcüstanın Ombudsmanı Nino Lomcariyanı Saakaşvili ətrafında vəziyyətə nəzarət etməyə çağırıb.
Bizim.Media