“Sosial şəbəklələrdə onlarla erməni əsirlərinin kadrlarının yayılması fonunda Azərbaycan hərbçiləri yaşayış məntəqələrimizə nüfuz edirlər”.
Bizim.Media “Yerevan.Today” saytına istinadla xəbər verir ki, bu barədə separatçı rejimin keçmiş müşaviri, politoloq Tiqran Abrahamyan feysbuk hesabında yazıb.
O, bildirib ki, Azərbaycan hərbçiləri Xankəndinə gələrək, ordakı supermarketlərdən alış-veriş edirlər:
“Düzdür, bütün bunlar rus sülhməramlılarının müşayiəti ilə baş verir, lakin indiki halda bu o qədər də vəziyyəti dəyişmir”,- deyə qeyd edib.
Politoloq mövcud duruma görə Paşinyanı günahkar hesab edib:
“Nikol Paşinyan, vicdanın varmı? Bilirsinizmi, Azərbaycan hərbçiləri heç nə olmamış kimi, mağazalarımızda alış-veriş edirlər?”
Birgə imzalanmış bəyanatda əsirlərin geri qaytarılması ilə bağlı müddəa 25 gündür yerinə yetirilmir, ancaq sizin icazənizlə azərbaycanlılar bizimlə birlikdə mağazalarımızda bazarlıq edirlər”.
Abrahamyan yaranan mənzərinin gələcəkdə partlayışa səbəb olacağını vurğulayıb.
“Nikol şərəf və ləyaqətinin olmadığını bilirik, amma heç olmasa bir gün bunun başqa bir partlayışa səbəb olacağını anla. Gedəcəksən, amma qərarlarının ağır nəticələrini uzun müddət hiss edəcəyik ”deyə politoloq yazıb.
Bizim.Media
- A-
- A
- A+
Region
14:57 / 04.12.2020
Erməni politoloq: “Azərbaycan hərbçiləri Xankəndindən bazarlıq edir”
Hazırda oxunan: Erməni politoloq: “Azərbaycan hərbçiləri Xankəndindən bazarlıq edir”
Hazırda oxunan: Erməni politoloq: “Azərbaycan hərbçiləri Xankəndindən bazarlıq edir”
4298
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.