Ermənistanda anti-Rusiya siyasətinin arxasında kim durur? - TƏFƏRRÜAT 

Hazırda oxunan: Ermənistanda anti-Rusiya siyasətinin arxasında kim durur? - TƏFƏRRÜAT 

42656

Ermənistan sərhədlərin delimitasiyasından həmişə ehtiyatlanıb. Çünki bu zaman 30 il ərzində sürüşdürdükləri yalançı sərhədlər, tərtib etdikləri fakta əsaslanmayıb xəstə təxəyyül məhsulları olan xəritələr ifşa olunacaq və olunur da.
 

Sübut kimi Qaragöl iddialarının səngiməsi, Şurnuxu kəndi ilə bağlı səs-küyün boğulması, Gorus-Qafan yolunda Azərbaycan postunun qurulmasını göstərmək olar. İndi də ermənilər Azərbaycanın nəzarətinə keçən mövqelərin ermənilərin əlindən alınmasında rusları günahlandırırlar.


Bizim.Media xəbər verir ki, Putinin bilbordunun təhqir olunması, Kreml rəhbərinə qarşı İrəvan aksiyasından sonra Paşinyanın insanlar arasında iftira kampaniyasına başlatdığını anons edənlər var:

“Guya Ermənistan sərhədini qoruyan ruslar Azərbaycanın irəliləməsinə şərait yaradırlar. Ermənilər də sırf buna görə mövqelərini tərk etməli olurlar”.

Mövzu ilə bağlı millət vəkili Elşad Mirbəşiroğludan münasibət aldıq. Deputat məsələ ilə bağlı bir neçə məqamın qeyd olunmasının vacibliyini vurğuladı:

“Hesab edirəm ki, əsas məqam onunla bağlıdır ki, Paşinyan hakimiyyətə gəldiyi dövrdən anti-Rusiya mövqeyi tutub. O, bu gün Rusiya rəhbərliyi ilə tez-tez görüşlər keçirir, məsləhətləşmələr aparır. Amma bu, onun Rusiyaya münasibətdə fərqli mövqe sərgiləməyə başlaması anlamına gəlmir. Paşinyanı hakimiyyətə gətirən dairələrin Rusiyaya münasibəti necədirsə, təbii ki, Paşinyanın da əsl münasibəti o cürdür.

Sadəcə olaraq yeni reallığın təsiri altında Paşinyan fərqli davranışlar nümayiş etdirir. O həmin Paşinyandır ki, hər zaman Ermənistanın KTMT, Avrasiya İqtisadi İttifaqında işinin olmadığını deyirdi. Bildirirdi ki, bu təşkilatlar Ermənistana lazım deyil. 
 

Həmçinin xatırlamaq yerinə düşərdi ki, Rusiyanın birbaşa təşəbbüsü və iradəsilə formalaşan KTMT-nin o vaxtkı Baş katibi Yuri Xaçaturovun həbs olunması, cinayət işinin başladılması da Paşinyanın Rusiyaya münasibətdə sərgilədiyi mövqenin göstəricisidir”. 


Elşad Mirbəşiroğlunun fikrincə, Ermənistandakı anti-Rusiya meyillərinin artması ilə birbaşa Nikolun özü məşğul olmasa da, onun komandası Rusiya əleyhinə mühiti gücləndirməkdədir. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Rusiya lideri də Ermənistana mesaj ünvanlayıb ki, İrəvan bütün hallarda Bakı ilə sülh sazişini imzalamalıldır:

“Bunu Ermənistan cəmiyyəti, siyasi dairələri də bilir. Ona görə də Ermənistan anti-Rusiya siyasətilə Kremlə müəyyən təzyiqlər göstərməyə çalışır. Ən azından çalışırlar ki, Ermənistan yekun sülh sazişini imzalayan zaman İrəvan üçün daha yüngül şərtlər qoyulmuş olsun.

Ermənistanın Rusiyanı bu formada şantaj etməsi nəyəsə yarayarmı? Heç nəyə yaramaz. Çünki olduqca zəif durumda olan Ermənistan Rusiya kimi təsirli bir ölkəyə nəyisə diktə, yaxud dolayısı ilə ona təsir edə bilməz”.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin