Putinin “pis sülh...” mesajı kimə aiddir? – Elşad Mirbəşiroğlundan ŞƏRH 

Hazırda oxunan: Putinin “pis sülh...” mesajı kimə aiddir? – Elşad Mirbəşiroğlundan ŞƏRH 

42650

“MDB Dövlət Başçıları Şurasının toplantısında da (onlayn iclas) Putinin əsas mövqeyi, məhz sülh sazişinin imzalanması ilə bağlı oldu. Düzdür, Putin dedi ki; “Hətta pis sülh yaxşı müharibədən daha yaxşıdır”. Təbii ki, bununla bağlı mübahisələr mövcuddur.

Lakin bütün hallarda Putin açıq mətnlə sülh sazişinin bağlanmasının tərəfdarı olduğunu bildirdi. Əslində Putin “Hətta pis sülh yaxşı müharibədən daha yaxşıdır” mesajını Ermənistana verdi”. 

Bu sözləri Bizim.Media-ya özəl açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirdi. Rusiya liderinin sözügedən cümləsinin Ermənistana mesaj olduğunu təsdiqləyən səbəblər var:
 

MÖVZU İLƏ BAĞLI:

“Hətta pis sülh yaxşı müharibədən daha yaxşıdır” – Putin Qarabağdan SÖZ AÇDI - VİDEO


“Çünki bağlanacaq sülh yalnız Ermənistan üçün pis olacaq. Azərbaycan torpaqlarını işğaldan azad edib, özünün güc mövqeyini formalaşdırıb və Azərbaycanın özünün formalaşdırdığı şərtlər daxilində imzalanacaq sülh təbii ki, Azərbaycan üçün yaxşı sülh olacaq.

Müvafiq olaraq da ötən ilin 10 noyabrında kapitulyasiya sənədini imzalamış, ağır məğlubiyyətə uğramış Ermənistan üçün pis sülh olacaq. Çünki sülh həm qalib, həm də məğlub tərəflər üçün eyni dərəcədə məqbul sayıla bilməz.

Yəni, bu, təbii qanundur. Qalib tərəf imzalayacağı sülh sazişi ilə özünün qalib mövqelərini daha da möhkəmləndirəcək, mütləq qələbəsini təsdiq edəcək. Məğlub tərəf isə məğlub durumundan çıxış edərək ona uyğun sülh müqaviləsi imzalayacaq. Putin sözügedən cümlə ilə Ermənistana mesaj ötürdü ki, İrəvan bütün hallarda sülh sazişini imzalamalıdır”. 

Deputatın sözlərinə görə, həmin onlayn iclasda Paşinyanın çıxışı da sübut etdi ki, Ermənistan lideri Azərbaycanın təqdim etdiyi yeni reallıqlarla barışıb:
 

“Yaxşı xatırlayırıq, bir neçə ay öncə Prezident İlham Əliyev vurğulamışdı ki; Ermənistan istəsə də, istəməsə də biz Zəngəzur dəhlizinin açılışını reallaşdıracağıq və yekun sülh sazişini bağlayacağıq. İndi biz görürük ki, ölkə Prezidenti bütün bunları nə dərəcədə uzaqgörənliklə öncədən söyləyirdi.


Paşinyanın bugünkü, artıq açıq mətnlə səsləndirdiyi mövqe də bir daha Azərbaycan Prezidentinin olduqca düzgün yanaşdığının göstəricisidir.

Paşinyan etiraf etdi ki, Azərbaycan bu dəhlizi çəkməlidir. Düzdür, bu zaman o, Ermənistanın maraqlarını da ifadə edərək özünün siyasi simasını qorumağa cəhd göstərdi. Amma bütün hallarda Ermənistan geriyə addım atmaqdadır. Və bunu heç cür maskalaya bilmir”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin