“Artsax” respublikasının “prezidenti” Araik Arutyunyan Qarabağdakı “ordunu” ləğv etmək niyyətindədir.
Bizim.Media xəbər verir ki, bu fikirləri İnsan Hüquqlarının Müdafiəsi və İctimai Məsələlər üzrə Daimi Parlament Komissiyasının təşəbbüsü ilə bu gün parlamentdə "Qarabağdan gedən ermənilərin problemləri" mövzusunda keçirilən müzakirələr zamanı Aşot Arutyunyan səsləndirib.
“Mən Araik Arutyunyana sənə kim belə haqqı verib? sualını verdim. “Azərbaycanlılar tələb edirlər” deyə cavablandırdı. “Azərbaycanlılar çox şey istəyir. Ordumuzu xilas etməlisən” dedim.
MÖVZU İLƏ BAĞLI:
Kəlbəcərdən Xankəndinə işıq verilir? – Olayın TƏFƏRRÜATLARI
Nümayəndələrimiz “Artsax” respublikası üçün aralıq statusunun dərhal tanınmasını tələb edirlər.
Bəli, çoxları bunu erkən hesab edir. Ancaq yenə də deyirəm ki, bu məsələ bizim üçün çox vacibdir. Ermənistan hakimiyyəti “Artsax”ın müstəqilliyini vaxtında tanısaydı, Azərbaycanla müharibənin qarşısı alınardı”, - deyə o fikrini yekunlaşdırıb.
Bizim.Media