Oktyabrın 26-sı Azərbaycana səfəri planlaşdırılan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gəlməyəcəyini bildirib.
Bizim.Media xəbər verir ki, Türkiyə lideri Afrika dönüşü jurnalistlərin sualını cavablandırarkən səfərin detalları barədə məlumat verib:
MÖVZU İLƏ BAĞLI:
Türk Şurasından Afrika ölkələrinə peyvənd YARDIMI
“Oktyabrın 26-da Azərbaycana səfərim olacaq. Səfər proqramında Bakıda olmaq nəzərdə tutulmayıb, amma inşallah Füzuli hava limanının açılışında iştirak edəcəyəm”.
Türkiyə dövlət başçısı bildirib ki, səfərlə əlaqədər Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirələr aparıb.
Bizim.Media