“Paşinyan deyir ki, Qara gölün 30%-nə görə müharibə aparmayacağıq” – Sabiq müdafiə nazirinin müavini

Hazırda oxunan: “Paşinyan deyir ki, Qara gölün 30%-nə görə müharibə aparmayacağıq” – Sabiq müdafiə nazirinin müavini

42484

“Bu vəziyyətdə rəsmi məlumatlara inanmalıyıq, ancaq rəsmi mənbələr insanları o qədər aldadır ki, artıq onlara da inanmırlar”.

Bizim.Media “aysor.am” saytına istinadən xəbər verir ki, bu fikirləri Respublika partiyasının şura üzvü, sabiq müdafiə nazirinin müavini Artak Zakaryan “4news.am” nəşrinin efirində Zəngəzurda strateji əhəmiyyətli Ağdağ (Pelay) yüksəkliyinin Azərbaycana verilməsi ilə bağlı yayılan informasiyalara münasibət bildirərkən deyib. 

“Əvvəlcə dövlətimiz delimitasiya və demarkasiya adı altında GPS sistemindən istifadə edərək torpaqları türklərə sağa və sola payladılar və indi sərhədləri demarkasiya prinsipinə görə bölməyə başlayırlar. Deyirlər ki, “qış aylarında Qara gölün 30%-nə görə müharibə aparası deyilik ki?”.

Ancaq indiyə qədər burada heç bir müdafiə mexanizmi yaradılmayıb, Azərbaycan qoşunlarının oradan çıxarılması üçün heç bir siyasi proses həyata keçirilmir.

Sonda bütün rəsmi və qeyri-rəsmi faktlar göstərir ki, mayın 12-dən bu günə qədər, artıq altıncı aydır ki, Azərbaycan qoşunları Ermənistan Respublikasının suveren ərazisindədir, 3 və ya daha çox kilometr içəriyə doğru irəliləyiblər. Və bunun ətrafında hər hansı bir siyasi, diplomatik və hərbi işlər həyata keçirilmir. Sərhədlərin tənzimlənməsi lazımi səviyyədə aparılmır”, deyə Artak Davtyan qeyd edib.

Onun sözlərinə görə, əsassız arqumentlərlə bütün bu proseslərin gecikdirilməsinin səbəbini delimitasiya və demarkasiya ilə bağlayırlar, ancaq onun da hansı şərtlərlə olduğu bəlli deyil.
 

“Söhbət gedir ki, bu proses MDB ölkələrinin tənzimləmə bazası çərçivəsində həyata keçiriləcək. Bu mexanizm bizim üçün faydalıdırmı? Niyə məhz MDB qaydalarına görə?


Buna kim qərar verdi? Bu məsələ parlamentdə müzakirə edildi? Axı biz bir dövlətik, ya yox? Dövlət sərhədlərinin dəqiqləşdirilməsi məsələsinə institusional yanaşma varmı? Yox. Harada həll olunur? Bütün problem Ermənistan Respublikasının öz sərhədlərini müəyyən etməməsidir. Bunun belə olmasını məqsədəuyğun hesab edirlər və belə də olur. Azərbaycanın polis və hərbçiləri Ermənistan sərhədlərində möhkəm istehkamlar qururlar, keçid məntəqələri yaradırlar, dövlət rüsumları və vergi yığırlar. Sadəcə Ermənistan Respublikası adlı bir dövlət yoxdur, deyə Artak Zakaryan yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin