Peyvənd vurduranlar 10 mənzil qazanacaq

Hazırda oxunan: Peyvənd vurduranlar 10 mənzil qazanacaq

42370

Oktyabrın 18-dən noyabrın 21-dək koronavirus peyvəndinin birinci və ya ikinci dozasını vurduran Moskva sakinləri paytaxtdakı mənzillərə sahib ola bilərlər.

Bizim.Media xəbər veir ki, Moskva şəhər merinin rəsmi saytında məlumat verilib. 

“Oktyabrın 27-dən başlayaraq beş həftə ərzində hər həftə Moskvada iki otaqlı iki mənzilə sahib olmaq üçün lotereya oynanılacaq. Lotereyada Rusiyanın yetkin vətəndaşları iştirak edə biləcəklər.

Bunun üçün COVID-19 peyvəndinin ilk komponentini almalı və ya 18 oktyabrdan 21 noyabradək təkrar peyvənd olunmalısınız. Peyvənd məntəqələrində, lotereyada iştirak etmək üçün razılıq verməlisiniz", - deyə məlumatda vurğulanır.

Püşkatma mərasimi beş həftə ərzində hər çərşənbə günü "Moskva 24" telekanalında keçiriləcək. Qaliblər yayım zamanı açıqlanacaq və adları mos.ru saytında yayımlanacaq. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin