Ermənistanın ombudsmanı Arman Tatoyanın Azərbaycanla bağlı bəyanatı həqiqəti əks etdirmir.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi açıqlama yayıb.
“Ombudsmanın sosial media hesabında paylaşdığı, Qeqarkunik vilayətinə daxil olan Azərbaycan Silahlı Qüvvələrinin fəal olaraq öz mövqelərini möhkəmləndirməsi və digər mühəndis işlərinin aparılması haqda məlumatında qeyri-dəqiq məqamlar var”, - deyə açıqlamada qeyd edilib.
Ermənistanın Müdafiə Nazirliyi sözügedən məlumatda azərbaycanlıların böyük sığınacaqlar inşa etməsi, odun ehtiyatları yığması və yolların çəkilməsi ilə bağlı məqamları açıq-aydın şişirdilmiş adlandırıb.
Qeyd edək ki, yuxarıda qeyd edilən iddiaları Ermənistanın ombudsmanı oktyabrın 18-i paylaşıb.
Bizim.Media
- A-
- A
- A+
Region
18:27 / 19.10.2021
Ermənistanda ara qarışdı – Ombudsman niyə yalan danışır?
Hazırda oxunan: Ermənistanda ara qarışdı – Ombudsman niyə yalan danışır?
Hazırda oxunan: Ermənistanda ara qarışdı – Ombudsman niyə yalan danışır?
42344
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.