Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan pilotsuz uçuş aparatları ilə bağlı önəmli açıqlama verib.
Bizim.Media xəbər verir ki, Anqolada səfərdə olan Türkiyə lideri ölkəsinin PUA istehsalında ilk üç ölkədən biri olduğunu açıqlayıb:
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan Afrika ölkələrinə səfərə yola düşdü
“Ən böyük hədəfimiz PUA donanmamızı dünyanın bir nömrəsi etməkdir. Təkcə PUA sistemləri sahəsində deyil, digər hərbi-texniki sahələrdə də öndəyik. Türkiyə öz döyüş gəmilərini dizayn və istehsal edə bilən, həmçinin baxımını həyata keçirən ölkədir. Gələn il yeni tipli sualtı qayıqlarımızın birincisini istismara verməyi planlaşdırırıq”.
Türkiyə Prezidenti əlavə edib ki, hazırda dünyanın ən yaxşı 100 müdafiə şirkəti siyahısında 7 türk şirkəti var.
Bizim.Media