Ermənistanın baş naziri Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası ölkənin bir neçə şəhərində yerli seçkilərdə məğlub olub.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Radio Sputnik” agentliyi yayıb.
Mənbə yazır ki, Ermənistanın ikinci böyük şəhəri Gümrüdə indiki hökumət başçısının tərəfdarları 29,56 faiz səslə “Balasanyan” blokuna (36,59% ) məğlub olublar.
Zəngəzur mahalının Meğri icmasında ilkin məlumatlara görə, Respublika partiyası 42,8% səslə qalib gəlib. “Vətəndaş Müqaviləsi” isə 32,8% səs toplaya bilib.
Gorus şəhərinin meri postunu həbsdə olan müxalifətçi Aruş Aruşanyan tuta bilər.
Doqquz icmada keçirilən seçkilərdən sonra seçici fəallığı 55.410 və ya 33.23% olub.
Bizim.Media