Saakaşvilinin hərəkəti çətinləşib - Şəxsi həkimindən AÇIQLAMA

Hazırda oxunan: Saakaşvilinin hərəkəti çətinləşib - Şəxsi həkimindən AÇIQLAMA

42004

Həbsxanada 17 gün aclıq aksiyası keçirən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili fiziki cəhətdən zəifdir, lakin onun təcili xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidzeyə istinadən yayıb.

"Həkimlərin sonrakı addımlarını müzakirə etmək üçün bir məsləhətləşmə aparılmalıdır. Onun xəstəxanaya köçürülüb-köçürülməməyi haqda qərar verilməldir. Zəifliyi var, hərəkət etməyi çətinləşib. Bu anlarda xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur. Amma sonra nə olacağını bilmirik”, deyə Kipşidze jurnalistlərə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Saakaşvilinin əfv olunacağına ümid edirəm – Vəkilindən açıqlama


Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb, barəsində bir neçə cinayət işi açılıb.

Eks-prezident bankir Sandro Girgvlianinin öldürülməsində və deputat Valeri Gelaşvilinin döyülməsində qiyabi olaraq məhkum edilib.

Birinci halda, Saakaşvili üç il, ikinci halda altı il həbs cəzasına məhkum edilib. Bundan əlavə, o, 7 noyabr 2007-ci il müxalifətin mitinqinin dağıdılması, İmedi telekanalına hücum və dövlət büdcəsindən vəsaitlərin mənimsənilməsi işlərində iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin