Ermənistan Baş Prokurorluğu Azərbaycan silahlı qüvvələri tərəfindən Qarabağda altı erməni hərbçisinin öldürülməsinə cəhdlə bağlı feyk məlumatları rusiyalı həmkarlarına çatdırıb.
Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda deyilir.
Ermənistan Baş Prokurorluğu eyni zamanda bu hadisə ilə bağlı cinayət işi açdığını açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
İrəvanda anti-Putin HAYqırtılarının arxasında kim durur? - DETALLAR VƏ VİDEO
Ermənistan tərəfi iddia edir ki, Azərbaycan Silahlı Qüvvələri erməni separatçılarının Xocavənd rayonunun Norşen kəndi yaxınlığındakı mövqelərini atəşə tutması nəticəsində altı hərbçi yaralanıb, onlardan üçünün vəziyyəti ağırdır.
Bu yerdə istər rəsmi İrəvana, istərsə də Moskvaya bir sual ünvanlamaq istərdik:
“Erməni hərbçilər başqa bir dövlətin beynəlxalq səviyyədə tanınmış suveren ərazisinə, xüsusən də Rusiya sülhməramlılarının kontingentinin məsuliyyət zonasına niyə daxil olublar?”.
Bu, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 4-cü bəndinin birbaşa pozulması deməkdir.
Həmin bəndə əsasən, Ermənistan silahlı qüvvələri Rusiya Federasiyasının sülhməramlı kontingentinin yerləşdirilməsi ilə paralel olaraq Qarabağ ərazisini tərk etməli idi.
Bizim.Media