Rusiya Müdafiə Nazirliyi ötən gün baş vermiş erməni təxribatı ilə bağlı açıqlama yayıb.
Bizim.Media “Sputnik Azərbaycan”-a istinadən xəbər verir ki, açıqlamada sentyabrın 13-də Suqovuşandan Kəlbəcərə gedən Azərbaycana məxsus avtomobil karvanının atəşə tutulduğu təsdiqlənib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Ordusu şəhid verdi – DÜŞMƏN TƏXRİBAT TÖRƏDİB
Bildirilib ki, tikinti materialları aparan avtomobil karvanını Rusiya sülhməramlıları müşayiət edirmiş.
Faktla bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığı hər iki tərəfin nümayəndələri ilə birgə araşdırma aparır.
Bizim.Media