Xocalı cəlladı məhkəmə salonlarında dindirilir – VİDEO

Hazırda oxunan: Xocalı cəlladı məhkəmə salonlarında dindirilir – VİDEO

41592

Xəbər verdiyimiz kimi, oktyabrın 8-də Ermənistan Baş Prokurorluğu 2008-2018-ci illərdə Ermənistanın 3-cü prezidenti olan Serj Sarkisyanın Baden-Baden şəhərinə səfəri zamanı baş vermiş cinayət barədə məlumatları Xüsusi İstintaq Xidmətinə göndərib. Nəticədə mövzu ilə bağlı cinayət işi açılıb. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Televiziyası (AzTV) “Sarkisyana qarşı cinayət işi: Xocalı cəlladı məhkəmə salonlarında dindirilir” başlığı ilə xəbər hazırlayıb və özünün Tvitter səhifəsində paylaşım edib.

Mənbə yazır ki, 2008-2017-ci illərdə prezident təyyarəsi Baden-Badenə dəfələrlə qeyri-rəsmi səfərlər edib. 

Araşdırma zamanı məlum olub ki, Almaniyanın Karlsrue şəhərinə olan bu uçuşlar zamanı reyslər mövcud qaydalara zidd olaraq Prezident Aparatından səfər barədə müvafiq ərizələr yazılmadan aparılıb.

Xatırladaq ki, Ermənistan parlamentinin avqustun 25-dəki iclasında “Vətəndaş müqaviləsi” partiyasından deputat Xaçatur Sukiasyan üçüncü prezident Serj Sarkisyanın prezident olan vaxt Baden-Badendəki kazinolarda 100 milyon dollar uduzduğunu deyib. Bundan sonra S.Sarkisyan deputatla bağlı məhkəməyə müraciət edib.

O, Baden-Badenə səfərini danmasa da, kazinolara baş çəkmədiyini qeyd edib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin