Zəngəzurun Azərbaycana veriləcəyi, Ermənistanın isə əvəzində Azərbaycanın şimal ərazisinin bir hissəsini alacağı barədə şayiələr yalandır.
Bizim.Media “aysor.am”a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın Tasnim agentliyinə müsahibəsində deyib.
"Bunlar şayiələrdir, üstəlik yalan şayiələrdir. İran ictimaiyyətinə və rəsmilərinə açıq şəkildə bildirmək istəyirəm ki, Ermənistan hökuməti heç vaxt, təkrar edirəm, heç vaxt ölkənin suveren ərazisi ilə bağlı danışıq aparmayıb və gələcəkdə də aparmayaq. Rusiya Federasiyası Baş nazirinin müavini də dəhlizlə bağlı müzakirənin olmadığını söyləyib. Biz də bəyan edirik ki, belə danışıqlar aparmamışıq.
Əsasən dəhliz mövzusunu Laçın dəhlizi ilə bağlamağa çalışırlar.
Yeri gəlmişkən, bu danışıqlar həmişə açıq olub. Hamı bilirdi ki, biz ATƏT-in Minsk Qrupu çərçivəsində Laçın dəhlizi ilə bağlı danışıqlar aparırıq. Və Azərbaycan Ermənistanda da belə bir dəhlizin olması ehtimalından danışmağa başlayanda Laçın dəhlizinin məntiqi tamamilə pozulur. Çünki Naxçıvan Azərbaycan Respublikasının bir hissəsidir. Rəsmi Bakı Naxçıvana gedən dəhlizlə eyni kontekstdə söz açanda, deməli Qarabağı Ermənistanın bir hissəsi kimi tanımağa çalışır.
Və həqiqətən, ərazi mübadiləsi mövzusu heç vaxt müzakirə edilməyib və müzakirə edilməyəcək. Müzakirə yalnız 10 Noyabr və 11 Yanvar açıqlamalarında göstərildiyi kimi blokadadan çıxarmaq məntiqində edilə bilər.
10 Noyabr və 11 Yanvar bəyanatlarının məntiqinə görə, Ermənistan Azərbaycan ərazisindən Asiya ölkələri, eləcə də Rusiya ilə ünsiyyət quracaq. Yəni Azərbaycanın avtomobil və dəmir yolu infrastrukturundan istifadə etmək imkanımız olacaq.
Azərbaycan da öz növbəsində Naxçıvanla ünsiyyət üçün Ermənistanın yollarından istifadə edəcək.
İnfrastrukturun blokadadan çıxarılması baxımından daha vacib bir istiqamət var. İrəvandan dəmir yolu vasitəsilə Naxçıvandan keçməklə Culfaya (İran) və oradan da Fars körfəzinə - Çabahar limanına getmək mümkün olacaq; bütün infrastruktur bizim üçün açıq olacaq. İran həmçinin İrəvan, Tbilisi ilə ünsiyyət qura biləcək və Avropaya mal ixrac edəcək. Biz kommunikasiyaların açılmasını belə görürük”, deyə Armen Qriqoryan qeyd edib.
Bizim.Media