Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili aclıq aksiyasını davam etdirir.
Bizim.Media xəbər verir ki, onun vəziyyətini qiymətləndirmək üçün həkim qrup yaradılıb.
MÖVZU İLƏ BAĞLI:
Saakaşvili aclığa nə vaxt son qoyacaq? - Vəkilindən AÇIQLAMA
Sabiq dövlət başçısının Ədliyyə Nazirliyinin müraciəti əsasında Səhiyyə Nazirliyi tərəfindən formalaşdırılan qrupun fəaliyyətinə razılıq verib-verməməsi bilinmir.
Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavi həbsxanasına yerləşdirilən siyasətçi artıq 13-cü gündür aclıq aksiyası keçirir. Onun vəziyyətinin tədricən ağırlaşdığı və səhhətində problemlərin yarandığı bildirilir.
Bizim.Media