“Rusiya və ABŞ Suriya ilə bağlı öhdəliklərini yerinə yetirməyib. Bu səbəbdən Türkiyə Suriya ərazisində terror təhlükəsini ortadan qaldırmaq üçün bütün lazımi addımları atacaq”.
Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Belqradda Çavuşoğlu ilə Lavrovun səmimi görüşü – VİDEO
Türk diplomatiyasının rəhbəri PKK-YPG terror təşkilatının Suriya qanadı yaraqlılarının Suriyada tez-tez hücumlarını xatırladıb:
"ABŞ və Rusiya Suriya ilə bağlı sözlərini tutmadılar və razılaşdırılmış əraziləri terrorçulardan təmizləmədilər. Bu səbəbdən YPG / PKK yaraqlılarının hücumlarından da bu ölkələr məsuldur. Mövcud vəziyyətdə Türkiyə məsələni təkbaşına həll edəcək və təhlükəsizliyi təmin edəcək”.
Bizim.Media