Putinlə Paşinyan arasında baş tutan görüşün təfərrüatları barədə elə də çox informasiya verilməyib. Erməni ekspertlərin fikrincə, görüşdə əsas müzakirə predmeti ATƏT-in Misnk Qrupu və Gürcüstanın vasitəçiliyi olub.
Əksər rusiyalı analitiklər diskussiyaları Kremlin Cənubi Qafqazdakı hərbi mövcudluğu və İranın İrəvan marağı ilə əlaqələndirir. Məsələyə daha real yanaşanlar isə görüşdə əsasən Ermənistan-Azərbaycan sülh müqaviləsi və Zəngəzur koridoru ətrafında söhbət aparıldığını iddia edir.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan Putinlə görüşdə sərsəmlədi: "Münaqişə həll olunmayıb, Rusiya..." - VİDEO
Bizim.Media mövzu ilə bağlı politoloq Zərdüşt Əlizadədən münasibət alıb.
Onun fikrincə, hazırda Rusiyanın qarşısında iki əsas vəzifə durub və bunu da Ermənistana təlqin edir:
“Türkiyə və Azərbaycanla münasibəti tənzimləmək. Və bu zaman Rusiya öz geosiyasi, iqtisadi maraqlarını qorumaq fikrindədir. Ona görə də gələcək tənzimləmələrin hüdudları və şərtləri Paşinyana izah edilib. Bundan sonra Paşinyan Ermənistana qayıdacaq və Türkiyə, Azərbaycanla danışıqlara başlayacaq. Əsas məsələ budur”.
Bizim.Media