Türkiyə pilotsuz uçan aparatlarının 44 günlük Vətən müharibəsindəki performansı rəsmi Moskvanı hərəkətə keçirib. Belə ki, Rusiya hava hücumundan müdafiə sistemləri türk PUA-ları qarşısında darmadağın olmuşdu.
Bizim.Media xəbər verir ki, İndiyə qədər ənənəvi döyüş texnikasına güvənən Rusiya vəziyyətdən çıxış yolları axtarır.
Bunun üçün Rusiya ordusu pilotsuz uçuş aparatlarının sınaqlarını sürətləndirib.
MÖVZU İLƏ BAĞLI:
Rusiyanın hərbi gəmilərini Bakıya gətirən SƏBƏB nədir? – Ekspertdən açıqlama
Bu məqsədlə Rusiya Hərbi Dəniz Qüvvələrinə aid bir gəmidən idarə olunan ilk “Calibres” pilotsuz uçuş aparatı havaya qaldırılıb. PUA-nın testi Xəzər dənizindəki gəmilərdən birindən həyata keçirilib.
Həmçinin, sahildəki hədəflərin uzaqdan məhv edilməsinin qeyri-standart bir üsulu da praktikada sınaqdan keçirilib.
Bunun üçün “Orlan-10” və “Eleron-3” pilotsuz uçuş aparatlarından istifadə edilib.
Qeyd edək ki, bu bardə Rusiya ordusuna aid “Zvezda” telekanalı görüntülər yayıb.
Oral Mədənçi, Bizim.Media