“Siyasi maraqlar Dağlıq Qarabağ münaqişəsi tərəflərinin razılığa gəlməsinə mane olur. Lakin dini konfessiyaların nümayəndələri isə danışıqlar prosesində Allaha iman, ümumi mənəvi dəyərlər və bir-birlərinə güvənə əsaslanan üstünlüklərə malikdir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşdə Moskva və Bütün Rusiya Patriarxı Kirill bildirib.
MÖVZU İLƏ BAĞLI:
“Azərbaycanda rus kilsəsinin İslam icması ilə yaxşı münasibətləri var” - Rusiya Patriarxı
O qeyd edib ki, hər iki ölkənin dini liderləri ilə ikitərəfli və üçtərəfli görüş keçirəcək:
"Hərbi qarşıdurmanın aradan qaldırılmasından danışırıqsa, siyasi faktor mövcuddur və bu amil üstünlük təşkil etdiyi məqamda danışıqlar çətinləşir. Bəzən dini baxımdan insanların nəyə görə etibar edə bilməmələri bizə sadəcə anlaşılmaz görünür. Lakin siyasi maraqlara toxunulduğundan razılaşa bilmirlər”.
Bizim.Media