“Azərbaycanda rus kilsəsinin İslam icması ilə yaxşı münasibətləri var” - Rusiya Patriarxı 

Hazırda oxunan: “Azərbaycanda rus kilsəsinin İslam icması ilə yaxşı münasibətləri var” - Rusiya Patriarxı 

41332

“Söhbət hərbi münaqişənin aradan qaldırılmasından getdikdə siyasi amil mövcud olur, bu amilin hakim olması isə danışıqları çətinləşdirir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşdə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill bildirib.

O qeyd edib ki, dini liderlər ümumi mənafe naminə və hər hansı mənfi fəsadlar olmadan gündəlikdə olan ən mürəkkəb məsələləri belə müzakirə etməlidir:
 

MÖVZU İLƏ BAĞLI:

Allahşükür Paşazadə Rusiya Patriarxına rəsm əsəri hədiyyə etdi – FOTO 


“30 ildən çox mövcud olan tanışlığımız dövründə elə bir mövzu olmayıb ki, bizi bir-birindən ayırsın və ya hər hansı gərginlik yaratsın. Biz hər zaman müzakirə etdiyimiz bütün məsələlərin həllini tapmışıq və tapmaqda davam edirik”. 

Patriarx Azərbaycanda pravoslav kilsəsinə başçılıq edən şəxslərin ənənəni davam etdirəcəklərinə ümidvar olduğunu bildirib. O əlavə edib ki, Azərbaycanda rus kilsəsinin İslam icması ilə münasibətləri çox yüksək prioritetə malikdir. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin