Gürcüstanın baş naziri İrakli Qaribaşvili sabiq prezident Mixail Saakaşvilinin Ukraynaya ekstradisiyasını istisna edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Sputnik Georgia” nəşri yayıb.
"Saakaşvili 6 il həbsdə qalmalı olacaq. Bu reallığı məhbus Saakaşvili nə qədər tez dərk etsə, özü və komandası üçün bir o qədər yaxşıdır. Estradisiya söz mövzusu deyil, 100 faiz təsdiq edirəm.
Birincisi, heç kim onun estradisiyasını tələb etmir, tələb etsələr də verməyəcəyik. Ən azı altı ildən sonra istədiyi ölkəyə gedə bilər", - Qaribaşvili bildirib.
Bizim.Media