Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidzenin dediyinə görə, on günlük aclıq aksiyasından sonra Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin vəziyyəti kəskin pisləşib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “RİA Novosti” agentliyində yer alıb.
Kipşidze əlavə edib ki, sabiq prezidentin hərəkət etməsi və danışması çətinləşib, xəstəxanaya yerləşdirilməsi lazımdır.
MÖVZU İLƏ BAĞLI:
Saakaşvili Gürcüstana Azərbaycandan təyyarə ilə uçmaq istəyib? – ŞOK DETALLAR
"Xatırladıram ki, Saakaşvilinin talassemiya qan xəstəliyi var. Düzdür, bu, ölümcül xəstəlik deyil, ancaq ac qalmaq ona qəti şəkildə qadağandır. Sabah onunla görüşəcəyəm və düşünürəm ki, xəstəxanaya köçürəcəyik". Kipşidze “Mtavari Arxi” telekanalının efirində belə deyib.
Xatırladaq ki, Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb, indi Rustavi şəhərindəki həbsxanadadır. Onun barəsində bir neçə cinayət işi açılıb.
Bizim.Media