Saakaşvili Gürcüstana Azərbaycandan təyyarə ilə uçmaq istəyib? – ŞOK DETALLAR

Hazırda oxunan: Saakaşvili Gürcüstana Azərbaycandan təyyarə ilə uçmaq istəyib? – ŞOK DETALLAR

41008

“Mtavari Arxi” telekanalı Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin ölkəyə qanunsuz girməsi ilə bağlı işin materiallarını dərc edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “RİA Novosti” agentliyində yer alıb.

Mənbə yazır ki, sabiq prezident “Vilnüs” bərəsində Poti limanına gəlib.

Bərə 28 sentyabrda Ukraynanı tərk edib. Saakaşvili hazırda həbsdə olan Elguj Çomaya tərəfindən müşayiət edilib. Tiflisə gedərkən o, Abaşa, Batumi və Kutaisi şəhərlərini ziyarət edib.
 

MÖVZU İLƏ BAĞLI:

Saakaşvili həbsxanadan yeni PAYLAŞIM etdi - FOTO


Telekanalın bildirdiyinə görə, hökumətin səlahiyyətliləri Saakaşvilinin ölkədə olduğunu bilməyiblər. Müstəntiqlər yalnız siyasətçinin Batumidə çəkilmiş videosunu gördükdən sonra işə başlayıblar.

Telekanal Saakaşvilinin "Qərbi Gürcüstanın meşələrindən birində" çəkdiyi video mesajını da göstərib. Videoda xarici dostlarının köməyi ilə o, üçüncü ölkədən keçdiyini söyləyir.

Saakaşvili qeyd edib ki, oktyabrın 2-də Azərbaycandan təyyarə ilə uçmağı planlaşdırıb, lakin hakim “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişvili və Baş nazir İrakli Qaribaşvilinin bu planları alt-üst etməsindən sonra digər yolla gəlmək qərarına gəlib.

Pirveli TV şirkətindən verilən məlumata görə, bərədə süd məhsulları olan bir yük maşını olub. Elguj Çomaya onu havalandırma bölməsində gizlədərək sərhəddən keçirib. Siyasətçinin həmin maşında təxminən 48 saat olduğu iddia edilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin