Nulanda görə ABŞ bir sıra rusları sanksiya siyahılarından çıxardı

Hazırda oxunan: Nulanda görə ABŞ bir sıra rusları sanksiya siyahılarından çıxardı

40987

Rusların bəziləri ABŞ sanksiyaları siyahısından çıxarılıb. Bunun müqabilində Rusiya hakimiyyəti ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın Moskvaya səfərinə razılıq verib.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Diplomatın sözlərinə görə, Nulandın ziyarəti haqda təklif ABŞ-dan gəlib. 
 

MÖVZU İLƏ BAĞLI:

İnterfaks: Nuland oktyabr ayında Rusiyaya gələcək


Zaxarova qeyd edib: "Məsələ (səfər nəzərdə tutulur) bərabər əsasda həll edildi. Bəli, o, Rusiya Federasiyasında olacaq".

Nulandın Moskvaya səfəri 11-13 oktyabr tarixlərində baş tutacaq. Səfər zamanı o, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovla görüşəcək.

Viktoriya Nuland ABŞ Dövlət Katibinin köməkçisi olaraq Ukraynada keçirilən Avromaydanda fəal iştirak edib, etirazlar zamanı tez-tez Kiyevə gəlib.

2019-cu ildən o, Moskvanın qara siyahısında olub, Rusiya ərazisinə girməsi qadağan edilib.
 

Daha əvvəl ABŞ Dövlət Departamentinin mətbuat xidməti "Nuland yüksək rütbəli rəsmilərlə görüşmək və bir sıra ikitərəfli, regional və beynəlxalq problemləri müzakirə etmək üçün oktyabrın 11-də Moskvaya gedəcək" bəyanatını yaymışdı.


Nuland Rusiya və keçmiş SSRİ ölkələri üzrə ABŞ-ın əsas mütəxəssislərindən biri sayılır. Keçmişdə Dövlət Departamentində Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi olaraq bu istiqamətə nəzarət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin